ÇATDIRILMA ŞƏRTLƏRİ

Çatdırılma

 

Məhsulu sifariş etdikdən sonra sifariş barədə e-mailinizə bildiriş gəlir. Sifarişdən sonra saytın menecerlərindən biri sizinlə əlaqə saxlayır və  dəqiqləşdirmə aparıb sizin istəyinizlə bağlı sualları verir.

 

Azərbyacan respublikası ərazisində bölgələr üzrə nümayəndəliklərimiz fəaliyyət göstərdiyi üçün Respublika ərazisində çatdırılma xarcləri minimal hesablanır. Çatdırılma müddəti 1-2 iş günü ərzində. Təcili çatdırılma üçün bizimlə əlaqə saxlayın: Telefon, Whatsapp və ya E-mail.

 

100 AZN-dən çox sifariş olduqda çatdırılma pulsuz həyata keçirilir.

 

E-mailinizə bildiriş gəlməsə, e-mailinizdə SPAM qovluğunu yoxlayın.

 

Hər hansı bir çətinlik olarsa, bizimlə: E-mail, Telefon və ya Whatsapp vasitəsilə bizimlə əlaqə saxlayın.



Çatdırılma haraya olur?

 

Yerləşmə mövqeyindən asılı olaraq çatdırılma şərtləri dəyişir. Bakı şəhəri daxilində çatdırılma pulsuzdur. Bakı və Abşeron kəndləri və Sumqayıt ərazisində çatdırılma üçün əlavə xərc tələb olunur. (Ünvandan asılı olaraq 10-20 AZN)

 

Regionlara çatdırılma bizim tərəfimizdən həyata keçirilir. Regionlara çatdırılma ödənişlidir. Sifarişdən asılı olaraq bölgələrə məhsul çatdırılması mümkündür. Seçdiyiniz məhsulu səbətə əlavə etdikdən sonra səbət pəncərəsində çatdırılma ünvanı seçə bilərsiniz.  

 

Hər hansı bir çətinlik olarsa, bizimlə: e-mail, telefon, Facebook, Whatsapp vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

 

Qeyd: İnfrastrukturu olmayan yerlərə (hətta Bakının özündə belə) çatdırılma həyata keçirilməyə bilər.  Belə problemlərlə üzləşməmək üçün əvvəlcədən dəqiqləşdirmə aparılmalıdır. Çatdırılma ünvanında binanın mərtəbələrinin sayı 6-dan çoxdursa, liftin olması vacibdir.



Çatdırılma vaxtı

 

Məhsulun növündən və sayından asılı olaraq çatdırılma 1-2 iş günü ərzində həyata keçirilir.

 

Məhsul sifariş olunan gün çatdırılma günü kimi hesab olunmur.

 

Çatdırılma vaxtı 11.00- 19.00 arası olur. Bazar günləri çatdırılma həyata keçirilimir.

 

Təcili sifarişlər üçün bizimlə: telefon, Whatsapp vasitəsilə bizimlə əlaqə saxlayın.